Onlayn ictimai-siyasi qəzet
Yəmənin cənubundakı Lahc əyalətində yerləşən Əl-Anad hərbi aviabazasında silsilə partlayışlar baş verib.
“Report” xəbər verir ki, bu barədə Yəmənin “Al Mashhad” portalı məlumat yayıb.
Qeyd olunub ki, cümə axşamı aviabazanın silah anbarlarından birində partlayışlar baş verib. Hərbi obyektin üzərində qara tüstü qalxıb, bazaya yaxın ərazilərdə və qonşu Ədən əyalətinin kənarında partlayış səsləri eşidilib.
Xatırladaq ki, Əl-Anad aviabazası ölkənin ən böyük bazalarından biridir.
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ