Onlayn ictimai-siyasi qəzet
Yüzlərlə turist təyyarənin qəzaya uğraması səbəbindən Şarm əl-Şeyx və Yekaterinburq hava limanlarında ilişib qalıb.
Musavat.com xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlum olub ki, Koltsovo hava limanında 150-yə yaxın səyahətçi təyyarə gözləyir. Misirdə də eyni sayda turist Rusiyaya uçmaq üçün həmin təyyarənin intizarındadır. Uçuşun gecikməsinə səbəb Almasria Universal Airlines təyyarəsinin yanacaq çənində sızma olmasıdır. Gözləyənlərin sözlərinə görə, aviaşirkət və turoperator heç bir məlumat vermir.
Təyyarə saat 18:00 radələrində Şarm əl-Şeyxdən Rusiyaya uçmalı idi, lakin çəndə yaranan problemlərə görə təyyarə artıq yanacağı yandırmaq üçün Sinay körfəzi üzərində 1,5 saat ərzində dövrə vurub və hava limanına qayıdıb. İndi mütəxəssislər təyyarəni təmir edir. Rusiyadan gələn turistlər üçün uçuş saat 00:45-dən təxirə salınıb.
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ