İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüzlərlə xəstə uşaq müalicə üçün BU ÖLKƏYƏ aparılacaq

Britaniya hökuməti Qəzza zolağından 300-ə qədər ağır xəstə uşağı dövlət xəstəxanalarında müalicə olunmaları üçün təxliyə etmək planları hazırlayır.

Musavat.com xəbər verir ki, məlumatı həftəlik The Sunday Times qəzeti mənbələrə istinadən yayıb.

Bildirilir ki, proqramın təfərrüatları yaxın həftələrdə rəsmən açıqlanacaq. Böyük Britaniya xarici işlər naziri Devid Lammi, daxili işlər naziri İvet Kuper və səhiyyə naziri Ues Stritinq bununla bağlı işləyir. Qeyd edilir ki, Qəzzadan olan hər bir uşaq valideynlərdən və ya qəyyumlardan biri və digər qohumları ilə birlikdə olacaq. Nəşrin məlumatına görə, Britaniya hökuməti təxliyə edilənlərin bəzilərinin müalicə olunduqdan sonra vətənlərinə qayıtmayacağını gözləyir.

Qəzet yazır ki, 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bu günə qədər Qəzzadan olan yalnız üç uşağa Böyük Britaniyaya tibbi viza verilib. "Project Pure Hope" təşkilatı ağır xəstə uşaqlara yardım göstərməklə məşğuldur.

The Sunday Times vurğulayır ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişə zamanı anklavdan 7000-dən çox xəstə, o cümlədən 5000 uşaq təxliyə edilib. Onların əksəriyyəti Misir, BƏƏ və ya Qətərə aparılıb. Nəşrin əlavə etdiyi kimi, 200-ə yaxın uşaq Avropa ölkələrinə, o cümlədən İspaniya, İtaliya, İrlandiya, Norveç və Rumıniyaya təxliyə edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR