Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ nümayəndəsi Stiven Uitkoffun ondan müharibəni dayandırmaq üçün Donbasdan qoşunları çıxarmağı xahiş etdiyini təsdiqləyib.
Musavat.com-un məlumatına görə Zelenski bu barədə danışarkən bildirib ki, Rusiya Donbasda keçirdiyini iddia etdiyi “referendumu” əsas gətirərək əraziləri öz konstitusiyasına daxil edib.
“Cənab Uitkoff deyir ki, bu artıq Rusiyanın Konstitusiyasında təsbit olunub. Mən ona izah etdim ki, əgər sabah Putin yenə nəsə əlavə etsə, biz yenə geri çəkilməli olacağıq? Bəs mən Ukrayna Konstitusiyasına Rusiya vilayətlərini daxil etsəm, onlar oradan çıxacaqlarmı? Bu işləməyən modeldir,” – deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, bu mövqe Kiyevin ərazi bütövlüyündən güzəştə getməyəcəyini və müharibənin şərtsiz sülh formuluna əsasən bitməyəcəyini bir daha göstərir.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ