Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin 9 May – Qələbə Günü ərəfəsində təxribatlara hazırlaşdığı barədə xəbərdarlıq edib. O, rus qüvvələrinin “atəşkəs istədiyini göstərməyə çalışsalar da”, cəbhədə hücumların sayının rekord səviyyəyə çatdığını bildirib.
Musavat.com xəbər verir ki, Zelenski bu barədə ölkə vətəndaşlarına etdiyi növbəti videomüraciətində deyib:
“Onlar hansısa atəşkəs, hansısa sakitlik barədə danışmağa çalışırlar. Amma bu gün Ukrayna mövqelərinə 200-dən çox hücum qeydə alınıb. Bu, son ayların ən yüksək göstəricisidir. Rusiya 9 Mayda simvolik təxribatlara hazırlaşır”, – deyə Prezident vurğulayıb.
Zelenski həmçinin Ukrayna ordusunun bütün istiqamətlərdə dayanıqlı müdafiə göstərdiyini qeyd edib və beynəlxalq tərəfdaşları silah dəstəyini artırmağa çağırıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya 9 May tarixini informasiya və hərbi təxribatlar üçün istifadə etməyə cəhd göstərə bilər.
Toğrul İSMAYIL,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ