İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin üzü ilə bağlı iddialar: xəstəlik, dava... 

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenskinin özünün yaydığı fotosu müzakirələrə səbəb olub.  

Musavat.com xəbər verir ki, “Rossiyskaya qazeta”nın yazdığına görə, Donald Trampla söhbətdən sonra Zelenskinin üzündə qeyri-adi iz yaranıb. Hər halda o, fotoda diqqət çəkib ki, Ukrayna prezidenti amerikalı həmkarı ilə söhbəti ilə bağlı “Teleqram” kanalındakı paylaşımında üzünün sağ tərəfində qəribə iz müşahidə olunub. Qeyd edək ki, Ukrayna Prezident Aparatı sözügedən foto barədə heç bir açıqlama verməyib. 

Zelenskinin üzünün sağ tərəfindəki şaquli xətti görənlər onu cərrahi tikişə bənzədiblər. Bununla  bağlı ən müxtəlif fərziyyələr səslənir.

 İddialara görə, Zelenskinin dava edərkən üzündən belə xəsarət ala bilərdi. Bundan əlavə, Zelenski öz kabinetində deyil, müalicə aldığı xəstəxana palatasında olduğu üçün fotoşopdan istifadə olunduğu versiyası da irəli sürülüb. 

resize.jpg (63 KB)

“Zelenskinin üzündəki qəribə iz masaj masasının izidir. Uzun müddət masaj masasında üzüstə uzansanız,  iz belə görünər. Şişkinlik zamanı belə iz uzun müddət qalır” -həkim-psixiatr Vasili Şurov “AiF” nəşrinə belə deyib. "Bu, qətiyyən çapıq deyil. Ola bilsin ki,  çəkiliş zamanı hansısa qüsur ola bilər”-bunu da sözügedən nəşrə estetik-cərrah Dmitri Bloxun deyib. 

Mayın 5-də Çexiya parlamentinə səfəri zamanı Zelenski orada təmizlik işləri aparan Ukrayna vətəndaşları ilə şəkil çəkdirib. Jurnalistlər qeyd ediblər ki, fotoşəkilləri çexiyalı fotoqraf Daniel Moravec dərc edib. Kadrlarda Ukrayna liderinin ağ divara qarşı üç qadınla poza verdiyi əks olunub. Eyni zamanda ukraynalı qadınlardan biri siyasətçi ilə eyni vaxtda söhbət edir. Bundan əvvəl Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel demişdi ki, Zelenski onun şəklini kişilər üçün nəzərdə tutulan Men's Health jurnalının üz qabığında yerləşdirməyi xahiş edib. O əlavə edib ki, prezidentin kişi jurnalının üz qabığında çəkdirdiyi foto ilə razılaşmaq mümkün olmayıb. Bundan əvvəl Ukraynanın keçmiş baş naziri Azarov Zelenskini təlxəkma bu, qətiyyən çapıq deyil", Parlamentari deyib ki, Zelenskinin "bərpaedici terapiya" keçirdiyi iddia edilir. Mümkündür ki, bu prosedurlar zamanı onun üzündə belə xətt yaradıb.  Zelenskinin izləyicilərinin çoxu onun ya başını nəyəsə vurduğunu və ya masanın üstündə narahat yatdığını güman edirdilər. Bəziləri deputat Dubinskinin Ukrayna prezidentinin bir çox müraciətlərini birbaşa xəstəxanadan yazması ilə bağlı son sözlərini xatırladıb. 

 

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

11 May 2025

BÜTÜN XƏBƏRLƏR