Onlayn ictimai-siyasi qəzet
23 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının tribunasından ABŞ prezidenti Donald Tramp Rusiya hərbi iqtisadiyyatına real qiymət verdi: "Rusiya və Putin dərin problem içindədir. Onların iqtisadiyyatı bu mənasız müharibənin ağırlığı altında çökür. Rusiyanın iqtisadiyyatı çürüyür, öz axmaqlıqları və təcavüzləri ucbatından cəhənnəmə gedir".
Napoleonun müharibəni aparmaq üçün vacib olan üç şərtin üçünün də pul olması haqqında məşhur kəlamını təkrar etmədən bir daha vurğulayaq ki, Rusiyanın resursları nə qədər böyük olsa da, tükənməz deyil. Amma, Vladimir Putinin müharibəni dayandırmaq niyyəti yoxdur. Bunu təsdiq edən ilk addım Rusiyanın növbəti üç il(!) üçün “müharibə büdcəsini” təsdiqləməsi oldu. Çərşənbə günü, sentyabrın 24-də Rusiya hökuməti 2026-2028-ci illər üçün büdcə layihəsini təsdiqlədi. İlk baxışdan qeyri-adi heç nə görünmür, amma var. Bu büdcənin əsas yeniliyi odur ki, Putinin və hökumətin fiskal yükü artırmayacağına dair dəfələrlə vəd etməsinə baxmayaraq, digər təşəbbüslərlə yanaşı, gələn ildən başlayaraq əlavə dəyər vergisi (ƏDV) 22%-ə çatdırılacaq. Yəni, ölkənin biznesi və Rusiya ictimaiyyəti Ukraynadakı təcavüzü maliyyələşdirəcək. Mən iqtisadçı deyiləm, amma bu elementar anlayışdır. Kreml Ukraynadakı müharibə üçün vəsait tapmaq cəhdlərini artırır və bu proses ənənəvi xəzinə gəlirlərinin azalması və büdcə kəsirinin artması fonunda baş verir. Rusiya Maliyyə nazirliyi müharibə vaxtı xərclərinin xüsusiyyətlərini izah edərək bildirir ki, "büdcədə nəzərdə tutulan vəsait silahlı qüvvələrin lazımi silah və hərbi texnika ilə təchiz edilməsini, hərbi qulluqçuların maaşlarının ödənilməsini və onların ailələrinin təminatını, həmçinin müdafiə sənayesi müəssisələrinin modernləşdirilməsini təmin edəcək".
Bu ilki büdcə kəsirləri o qədər sürətlə artıb ki, vergiləri artırmaqdan başqa çıxış yolu tapa bilməyiblər. Yenə də “İnterfaks”ın verdiyi məlumatlara görə 2025-ci ilin ilk səkkiz ayı üçün Rusiyanın federal büdcə kəsiri ilkin olaraq 4,19 trilyon rubl və ya ÜDM-in 1,9%-i səviyyəsində qiymətləndirilib. Artıq Rusiya iqtisadçıları etiraf edirlər ki, neft və qaz gəlirləri azalır və iqtisadiyyat bunu tam ödəyə bilmir. Təbii, Kreml ənənəvi olaraq hər şeyin qaydasında olduğunu iddia edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RBC-yə müsahibəsində iqtisadiyyatın "xüsusi hərbi əməliyyatın ehtiyaclarını ödəmək üçün yenidən qurulduğunu" söylədi. Amma, vəziyyətin ağır olduğunu dolayısı ilə də etiraf etmiş oldu:“ İndi müharibənin ən kəskin mərhələsidir və bu, kifayət qədər taleyüklüdür”.
Bütün bu çətinliklər görünür hələ o həddə çatmayıb ki, Putin müharibəni dayandırmış olsun. Qəbul olunan maliyyə planları göstərir ki, Rusiya uzun müddət müharibəni davam etdirmək niyyətindədir. Hiss olunur ki, neftin qiymətinin ucuzlaşması, sanksiyalar, rublun və iqtisadiyyatın zəifləməsi səbəbindən xəzinə gəlirlərinin azalması fonunda ordunun artan ehtiyacları yoxsul əhalinin hesabına ödəniləcək. Aydındır ki, bu, Ukraynadakı təcavüzkar müharibənin maliyyələşdirilməsi üçün indi yeganə həll yoludur. Müharibə davam edərsə, büdcə kəsiri davam edəcək və tətbiq edilən fiskal tədbirlər qeyri-kafi olacaq - hökumət yeni gəlir mənbələri axtarmağa məcbur olacaq.
Beləliklə, Rusiya əhalisi Kremlin neokolonialist ambisiyalarının əvəzini təkcə Ukraynada cəbhə xəttində öz həyatları və sağlamlıqları ilə deyil (bu, hələ ki, hamıya təsir etməyib), həm də çox real qiymət artımları və gəlirlərin azalması ilə ödəyəcək. Ukraynadakı müharibənin əvəzini sözün əsl mənasında bütün ruslar ödəyəcək və bu qiymət ancaq qalxacaq.
O zaman sual yaranır: 4 ilə yaxındır ki, motivasiyasız bir müharibəyə susan Rusiya cəmiyyəti iqtisadi çətinliklərlə üzbəüz qalanda içindəki qorxunu öldürüb kütləvi etiraza qalxa bilərmi? Putin komandasında çat yaranma ehtimalı nə qədər aşağı olsa da daxili vəziyyətin birdən partlama ehtimalının getdikcə artdığını hiss etməmiş deyillər. Rusiya tarixi inqilablar, kütləvi etirazlarla zəngindir. Rusiyada bıçağın sümüyə dayanma mərhələsi başlaya bilər.
29 Sentyabr 2025
28 Sentyabr 2025
19 Sentyabr 2025
07 Sentyabr 2025
03 Sentyabr 2025
31 Avqust 2025
25 Avqust 2025
18 Avqust 2025
16:46 Qara cümədən sonra gələn ağır bazar ertəsi - Bu gün Mefistofelin qəhqəhə çəkdiyi gün ola bilər
16 Avqust 2025
09 Avqust 2025
31 Iyul 2025
21 Iyul 2025
15 Iyul 2025
06 Iyul 2025
18 Iyun 2025
16 Iyun 2025
12 Iyun 2025
07 Iyun 2025
31 May 2025
23 May 2025
17 May 2025
13 May 2025
12 May 2025
23 Aprel 2025
18 Aprel 2025
15 Aprel 2025
03 Aprel 2025
30 Mart 2025
21 Mart 2025
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ