İnsanlara hürriyət, millətlərə istiqlal!

60 yaşına çatan şəxslərə MÜHÜM XƏBƏR: Metro və avtobus pulsuz...

Hazırda dünyanın bir sıra ölkələrində pensiya yaşını keçmiş vətəndaşlar üçün xüsusi güzəştlər tətbiq olunur. Misal üçün, Almaniyada yaşlı vətəndaşlar üçün ictimai nəqliyyatdan endirimli və ya pulsuz istifadə imkanı mövcuddur. Skandinaviya ölkələrində müəyyən dərman vasitələri yaşlılara tam və ya qismən dövlət hesabına təqdim edilir. Bu tip sosial təşəbbüslər həmin ölkələrdə yaşlı əhalinin rifahının qorunmasına və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Bəs Azərbaycanda da bu istiqamətdə addımların atılması mümkündürmü? 

Məsələ ilə bağlı sosioloq Mail Yaqublu News24.az-a bildirib ki, belə bir praktika zəruri və ədalətlidir:

“Azərbaycanda bu praktika mümkündür və istifadə etmək olar. Hətta belə bir praktikanın tətbiq olunmasını zəruri hesab edirəm. Bizim dövlət quruculuğuna əsasən, xüsusi yaş kateqoriyalarına aid şəxslərə — yəni pensiyaçılara, tələbələrə, qısacası xüsusi imtiyazlı təbəqələrə dövlət tərəfindən güzəştlər edilməlidir”.

Sosioloq hesab edir ki, sosial ədalət prinsipinə söykənən dövlət siyasəti bu kimi təşəbbüsləri dəstəkləməli və həyata keçirməlidir:

“Əgər biz tamamilə kapitalizm mövqeyi ilə məsələyə yanaşsaq, burada ədalət prinsipi bəzi təbəqələrə görə pozulur. Bunun üçün dövlətin müəyyən potensialı var və bu imkanlardan istifadə edilə bilər.”

Hazırda Azərbaycanda pensiya yaşlı vətəndaşlara müəyyən sahələrdə güzəştlər tətbiq edilir. Məsələn, bir çox muzeylərə, teatr və mədəniyyət ocaqlarına girişdə endirimlər mövcuddur. Eyni zamanda, bir sıra dərman vasitələri üzrə də subsidiyalar tətbiq olunur. Lakin bu güzəştlərin əhatə dairəsi məhduddur və sistemli bir yanaşma ilə tənzimlənmir.

Sosial siyasət üzrə tədqiqatçılar bildirirlər ki, belə güzəştlərin genişləndirilməsi yalnız humanitar deyil, həm də iqtisadi baxımdan faydalı ola bilər. Çünki yaşlı vətəndaşların sosial təminatının gücləndirilməsi onların səhiyyə xərclərinin azalması, sosial narazılığın qarşısının alınması və cəmiyyətə inteqrasiyasına səbəb olur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR