Onlayn ictimai-siyasi qəzet
OPEC+ razılaşmasının 2023-cü ildə neft hasilatını könüllü olaraq sutkada 2,2 milyon barel azaldan 8 üzvü iyuldan etibarən hasilatı sutkada daha 411 min barel artırmaq qərarına gəlib.
Musavat.com OPEC-in yaydığı açıqlamaya istinadən xəbər verir ki, bu, əvvəlki artım qrafikinin 3 aylıq həcminə bərabərdir.
Yalnız iki OPEC+ üzvü - Səudiyyə Ərəbistanı və Əlcəzair iyulda müəyyən edilmiş kvota səviyyəsində - müvafiq olaraq sutkada 9,534 milyon barel və 936 min barel hasil edə biləcək.
"Böyük səkkizliyin" qalan 6 üzvü əvvəlki aylarda yol verdikləri artıq neft hasilatını kompensasiya etmək üçün hasilatı tam limitə uyğunlaşdırmayacaqlar.
Mövcud kvotalara və son kompensasiya cədvəllərinə əsasən, gələn ay Rusiyada neft hasilatı planı sutkada 9,103 milyon barel, İraqda - 3,987 milyon barel, BƏƏ-də - 3,159 milyon barel, Küveytdə - 2,458 milyon barel, Qazaxıstanda - 1,388 milyon barel , Omanda -765 min barel təşkil edir.
Beləliklə, OPEC+ ölkələrinin iyul ayı üçün ümumi kvotası sazişi pozanlardan kompensasiyalar nəzərə alınmaqla sutkada 36,526 milyon barel (barel) təşkil edəcək ki, bu da iyun ayı ilə müqayisədə sutkada 386 min barel çoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstan Energetika Nazirliyi artıq hasilatı kompensasiya etmək üçün neft hasilatını azaltmayacaqlarını bəyan edib.
Neft bazarı ötən həftəni qiymət azalması ilə başa vurub – Brent etalon markası həftəni 62,78 dollar qiymətlə yekunlaşdırıb. OPEC+ üzvlərinin bugünkü qərarının yeni həftənin əvvəlində qiymətlərin 60 dolların altına çəkəcəyi gözlənilir.
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ