Onlayn ictimai-siyasi qəzet
Çinin nüvə başlıqları arsenalı 600 ədədi ötür.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini Endryu Qebara deyib.
O, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki çıxışında bildirib: “Çin ABŞ-ın müdafiəsi üçün əsas təhlükədir və nüvə qüvvələrinin kütləvi şəkildə genişləndirilməsi, modernləşdirilməsi və şaxələndirilməsinə başlayıb.Bir il əvvəl bu komitə qarşısında sonuncu çıxışımdan bəri Çin öz arsenalına 100-dən çox nüvə silahı əlavə edərək, ümumi arsenalını 600-dən yuxarıya çatdırıb”.
ABŞ rəsmisinin sözlərinə görə, “Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib olmaq yolundadır".
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ