Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi Konqresdən 2026-cı maliyyə ilində (oktyabrın 1-dən başlayır –red.) hərbi kəşfiyyata 33,6 milyard dollar ayırmağı xahiş edir.
Musavat.com xəbər verir ki, məlumat Pentaqonun yazılı bəyanatında əksini tapıb.
Bəyanatda qeyd olunur ki, hərbi kəşfiyyat proqramı üçün nəzərdə tutulan 33,6 milyard dollar məbləğində vəsait hərbi idarə rəhbərliyinin strateji prioritetlərinə uyğundur. Pentaqonun rəyinə görə, bu məbləğin açıqlanması proqramın məxfi əməliyyatlarına təhlükə yaratmır: "Hərbi kəşfiyyat proqramının büdcəsi və ya onun təfərrüatları ilə bağlı başqa rəqəmlər açıqlanmayacaq, çünki onlar milli təhlükəsizlik səbəbi ilə məxfi qalır".
Ötən maliyyə ilində Pentaqon hərbi kəşfiyyata 29,8 milyard dollar, 2023-cü ildə 27,9 milyard dollar, 2022-ci ildə 24,1 milyard dollar, 2021-ci ildə isə 23,3 milyard dollar xərcləyib.
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ