İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu dəfə əzrayılın əlindən qaçdım" - Abid Şərifov

Bir neçə gün bundan əvvəl baş nazirin sabiq müavini Abid Şərifovun insult keçirməsi və vəziyyətinin ağır olması ilə bağlı xəbərlər yayılmışdı.

Musavat.com xəbər verir ki, Manset.az məsələni diqqətdə saxlayaraq Abid Şərifovla əlaqə saxlayıb. O, insult keçirməsini təsdiqləyib:

"Hazırda ağır xəstəyəm, insult keçirmişəm. Neçə vaxtdır xəstəxanada idim. Şükür Allaha, indi evə buraxılmışam. Müalicəm ev şəraitində davam edir. Bu dəfə əzrayılın əlindən qaçdım. İndi özümü yaxşı hiss edirəm. Narahat olan hər kəsə can sağlığı arzu edirəm", - deyə Abid Şərifov qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR