Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp administrasiyasında Rusiyaya qarşı tətbiq olunan enerji sanksiyalarının ləğvi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Saytın yazdığına görə, Tramp seçki kampaniyası zamanı Ukraynadakı müharibəni 24 saata bitirəcəyini vəd etsə də, bu istiqamətdə real nəticələr əldə olunmayıb.
Məlumata görə, Tramp administrasiyasında bəzi şəxslər, xüsusilə də onun enerji üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya qarşı enerji sanksiyalarının aradan qaldırılmasını istəyir. Digər tərəfdən, ABŞ-ın daxili işlər naziri Daq Berqum isə Moskvanı Avropa enerji bazarından sıxışdırmaq və bu boşluğu ABŞ ixracı ilə doldurmaq tərəfdarıdır.
Rusiya və ABŞ arasında "Şimal axını" qaz layihəsinin bərpası ilə bağlı müzakirələr aparıldığı iddia edilir. Bu təşəbbüs Avropa İttifaqında ciddi narahatlıq doğurur. Aİ rəsmilərindən biri bildirib ki, Tramp və Putin Avropa enerji bazarını bölüşdürmək, öz nüfuz dairələrini yaratmaq istəyirlər.
Musavat.com
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ