Onlayn ictimai-siyasi qəzet
Bu gün Los-Ancelesdə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noemin mətbuat konfransı zamanı hüquq-mühafizə orqanlarının Senat üzvünə qarşı kobud davranışı dünya mediasının gündəmini zəbt edib.
Musavat.com xəbər verir ki, prezident Donald Trampın miqrasiya siyasətinə qarşı olan demokrat senator Aleks Padilya mətbuat konfransında nazirlə dialoqa cəhd edib.
Onun nazirə sual ünvanlamasına binada olan polislər kobud müdaxilə ilə cavab veriblər. Zorla zaldan çıxarılan senatoru dəhlizdə üzüstə yerə yıxaraq qoluna qandal vurublar. Mətbuat orqanlarının gözü qarşısında baş verən hadisə hazırda dünya KİV-lərinin gündəmindədir.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ