İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya görə bu addımı atdı

ABŞ administrasiyası Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin çatdırılması üçün Almaniyanı bu sistemi alacaq ölkələr növbəsində birinci yerə çıxarıb.

Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” (WSJ) yayıb. Bildirilir ki, bundan əvvəl siyahıda birinci yerdə İsveçrə idi.

Üç ABŞ rəsmisinin sözlərinə görə, bu, Almaniyanın Ukraynaya iki Patriot hava hücumundan müdafiə sistemi göndərməsi üçün qapı açacaq, çünki İsveçrənin aldığı beş sistemin 2026-2028-ci illər arasında çatdırılması gözlənilir.

WSJ-nin qeyd etdiyinə görə, ABŞ hökumətinin Almaniyaya sistemlərə görə kompensasiya ödəyəcəyi vədi Trampın Kiyevi daha çox silahla təmin etmək niyyətini bəyan etməsindən sonra ilk haldır. Ukrayna müttəfiqlərinin yardım tələblərini yerinə yetirməkdə çətinlik çəkdiyi vurğulanır.

Yüksək rütbəli ABŞ rəsmisi bildirib ki, Tramp administrasiyası NATO üzvləri ilə Ukraynaya silah almaq üçün fərdi müqavilələr bağlamağa çalışır. NATO sözçüsü qəzetə bildirib ki, Almaniya, Norveç, Danimarka, Hollandiya, İsveç, Böyük Britaniya, Kanada və Finlandiya artıq təşəbbüsü dəstəklədiklərini bəyan ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR