İnsanlara hürriyət, millətlərə istiqlal!

Aeroport yolunda maşın dəmir arakəsməni yararaq divara çırpıldı - FOTO

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən bildirir ki, yüksək sürətlə hərəkət edən 77 GT 208 dövlət qeydiyyat nişanlı "Mini Cooper" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, onunla eyni istiqamətdə hərəkət edən 90 LF 135 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən "Mini Cooper" yolun kənarındakı dəmir maneəni aşaraq divara çırpılıb. Hadisə yerinə dərhal yol patrul xidməti əməkdaşları cəlb olunub.

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

24 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR