Onlayn ictimai-siyasi qəzet
Kiyevdə etiraz aksiyası zamanı bir qrup kazak təxribat törədib.
Musavat.com xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə keçirilən aksiyada bir qrup kazak hava həyəcanı siqnalı fonunda fayerlər yandıraraq təxribat xarakterli addımlar atıb.
Aksiyada iştirak edənlər bildiriblər ki, bu şəxslər öncədən yönləndirilmiş və məqsədli şəkildə “kartinka” — yəni vizual təəssürat yaratmağa çalışıblar. Sosial şəbəkələrdə yayılan görüntülər bu hərəkətin arxasında kimlərin dayandığı ilə bağlı suallar doğurub.
İzləyicilərin fikrincə, bu səhnələr daha çox Rusiya təbliğatına material vermək məqsədi daşıyır. Hadisə ilə bağlı hələlik Ukrayna rəsmilərindən açıqlama verilməyib.
Musavat.com
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ