İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamla bağlı MÜHÜM XƏBƏR - 2040-ci ilə qədər...

Gələn il daha 300 ailə Ağdam şəhərində ikinci yaşayış kompleksinə yerləşdiriləcək.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, hazırda Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış massivlərində də tikinti işləri davam edir: "Bu layihələrin gələn ilin yaz aylarından başlayaraq, yay aylarına qədər tamamlanması planlaşdırılır və bu iki yaşayış kompleksinə toplam 2 000-dən çox ailənin köçü nəzərdə tutulur. Biz ilin sonuna qədər üçüncü yaşayış kompleksində, gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış kompleksində tikinti işlərinə başlayacağıq.

Ümid edirik ki, 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçünü təmin edəcəyik. Şəhərin baş planına əsasən, 2040-ci ilə qədər şəhərdə təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur. Ağdam şəhəri regionun ən böyük şəhərlərindən biri olacaq".//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR