Onlayn ictimai-siyasi qəzet
ANAMA əməkdaşı yol qəzasında xəsarət alıb.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdam rayonu Bənövşələr qəsəbəsində qeydə alınıb.
Rayon sakini 1995-ci il təvəllüdlü Əliyev Rəsad Əli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. İlkin ehtimala görə qəzaya səbəb avtomobildə qəflətən yaranan nasazlıq olub.
Faktla bağlı araşdırma aparılır.
25 Iyul 2025
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ