Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan bu gün ölkədə baş verən kütləvi həbslərlə bağlı sosial şəbəkələrdə paylaşım edib.
Musavat.com xəbər verir ki, o, yayımladığı açıqlamada hadisələrin miqyasını "misli görünməmiş" adlandırıb.
Aşot Paşinyan bildirib ki, bu gün baş verənlərə proporsional cavab vermək mümkün deyil və Ermənistan indiyə qədər belə bir cinayətlə üzləşməyib: “Çox güman ki, bir daha da görməyəcək”.
O, ölkədə hibrid müharibənin aparıldığını və bu müharibənin təşəbbüskarlarının düşüncə tərzini sağlam məntiqlə anlamağın mümkünsüz olduğunu qeyd edib: “Təsəvvür etmək belə çətindir ki, insan belə bir şeyi yalnız düşünmür, hətta ciddi şəkildə planlaşdırır və ona hazırlaşır”.
Aşot Paşinyan əlavə edib ki, Ermənistan demokratik dövlət olaraq qalacaq və cəmiyyət bu cür hadisələrə adekvat cavab verməlidir: “Bu adamlar Ermənistanın ictimai həyatında olmamalıdır, buna başqa adekvat cavab yoxdur. Hər şey dinc və qanunidir, lakin Ermənistanda bu səhifə həmişəlik bağlanmalıdır”.
Xatırladaq ki, hazırda baş yepiskop Baqrat və “Müqəddəs Mübarizə” hərəkatının üzvləri ilə bağlı məhkəmə qərarı gözlənilir.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ