İnsanlara hürriyət, millətlərə istiqlal!

Atəşkəsin ŞOK DETALLARI üzə çıxdı – hər iki tərəf “mən QALİBƏM” deyir – Trampın OYUNU İDİ?

ABŞ, İsrail, Qətər və İran arasında atəşkəs danışıqlarının detalları məlum olub.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” mənbələrə istinadən məlumat yayıb.

“Prezident Donald Tramp əvvəlcə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb, daha sonra Qətər əmiri ilə əlaqə saxlayıb və ondan İranı dialoqa daxil etməsini istəyib. Qətər əmiri isə Tehranın ABŞ-ın Doha yaxınlığındakı Əl-Üdeyd aviabazasına ballistik raketlər buraxmasından sonra İran rəhbərliyi ilə danışıqlar aparıb. Zərbədən sonra İran Qətər vasitəsilə ABŞ-a mesaj göndərib ki, vəziyyəti daha da gərginləşdirməkdə maraqlı deyil. Vaşinqton da İrana hərbi əməliyyatla cavab verməyəcəyini və deeskalasiyaya hazır olduğunu vurğulayıb”, - mənbə bildirib.

Bu və gündəmdəki digər xəbərlrəi bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da izləyəcəksiz. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR