Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının ticarət komissarı Maros Şefçoviç fevralın 17-də Vaşinqtona səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı "Reuters" Avropa Komissiyasına istinadən yayıb.
Qeyd olunur ki, səfərin məqsədi amerikalı həmkarlarla ABŞ-ın təhdid etdiyi tariflərə həsr olunacağı gözlənilən görüşlərdir.
ABŞ prezidenti Donald Tramp martın 12-dən etibarən bütün polad və alüminium idxalına 25 faizlik gömrük rüsumları və aprel ayında “cavab” tarifləri tətbiq etməyi planlaşdırır.
Bu tədbirlər Aİ-nin ABŞ-a avtomobil ixracına mənfi təsir göstərə bilər.
Bu həftənin əvvəlində amerikalı həmkarları ilə ilk telefon danışığı aparan Şefçoviç çərşənbə günü "American Enterprise Institute" beyin mərkəzində çıxış etməlidir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ