Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı İsrail vətəndaşları üçün qısamüddətli səfərlərdə vizasız rejimi dayandırmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə “Euronews” portalı məlumat yayıb. “Euronews”un yaydığı məlumata görə, bu qərar Aİ-nin yeni viza siyasətinə əsaslanır və İsrailə qarşı diplomatik narazılığın artması ilə izah olunur.
Məlumata görə, qərar İsrailin Aİ ölkələrinin, xüsusilə də Fələstin mənşəli vətəndaşlarına qarşı diskriminasiya xarakterli davranışları ilə əlaqələndirilir. Aİ rəsmiləri bildiriblər ki, İsrailin viza müqaviləsinə əsasən Avropa vətəndaşları ilə bərabər rəftar etməsi tələb olunur, lakin faktiki vəziyyət bunun əksini göstərir.
Brüsseldə keçirilən müzakirələr zamanı Aİ Şurası İsrailin viza azadlığı prinsiplərini pozduğunu və Avropa vətəndaşlarına qarşı ayrı-seçkilik etdiyini qeyd edib. Bunun nəticəsi olaraq, İsrailin də daxil olduğu bir neçə ölkəyə tətbiq edilən vizasız rejimin dayandırılması təklif olunub.
Yeni qərarın qüvvəyə minməsi üçün Aİ ölkələrinin yekdil dəstəyi tələb olunur. Vizasız gediş-gəliş rejiminin dayandırılması halında İsrail vətəndaşları Aİ ölkələrinə səfər etmək üçün artıq əvvəlcədən viza almağa məcbur qalacaqlar.
Qeyd edək ki, bu qərar Avropa İttifaqının xarici siyasətdə beynəlxalq hüquq və bərabər münasibət prinsiplərinə önəm verdiyini göstərən addım kimi dəyərləndirilir. Eyni zamanda bu addım İsrail hökumətinə qarşı ciddi diplomatik mesaj hesab olunur.
Musavat.com
19 Iyun 2025
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ