İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa silahlanır: Aİ səfirləri 150 milyard avroluq hərbi planı təsdiqlədi  


Avropa İttifaqının səfirləri 150 milyard avro dəyərində hərbiləşmə planını razılaşdırıblar. Bu barədə məlumat Aİ Şurasına sədrliyi həyata keçirən Polşanın X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində yer alıb.

Musavat.com xəbər verir ki, razılaşdırılmış sənəd SAFE adlı təhlükəsizlik təşəbbüsü çərçivəsində hazırlanıb.

Paylaşımda vurğulanıb:

“SAFE üzrə razılıq əldə edildi. Aİ ordularına nə qədər çox sərmayə qoysa, ona zərər vermək istəyənləri bir o qədər yaxşı şəkildə çəkindirə bilər.”

Planın məqsədi Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək, birgə silah istehsalını artırmaq və üzv ölkələrin hərbi potensialını vahid struktur altında koordinasiya etməkdir.

Bu addım, xüsusilə Ukraynada müharibə fonunda Avropanın öz təhlükəsizliyini ABŞ-dan asılı olmayaraq təmin etməyə çalışdığını göstərir. Yeni strategiya həm də Aİ-nin qlobal güc balansında daha fəal rol oynamaq istədiyinə işarə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR