Onlayn ictimai-siyasi qəzet
Avstraliya hökuməti Ukraynaya 49 ədəd istifadə olunmuş "M1A1 Abrams" tankı göndərib.
Musavat.com xəbər verir ki, bu barədə Avstraliya Baş naziri Entoni Albanese bəyanatla çıxış edib. Onun sözlərinə görə, Kanberra daha əvvəl bu texnikanı Kiyevə təhvil verməyi vəd etmişdi və artıq tanklar Ukraynaya yola salınıb.
Qeyd edək ki, söhbət silahlı qüvvələrin istifadəsindən çıxarılmış, lakin döyüş qabiliyyətini qoruyan M1A1 Abrams modelindən gedir. Bu yardım Ukraynanın müdafiə imkanlarını gücləndirməyə yönəlib.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ