Onlayn ictimai-siyasi qəzet
Adana şəhərinin Seyhan rayonunda xüsusi sərnişin avtobusunda bir qadının ətək altından foto çəkdiyi iddia edilən 75 yaşlı təqaüdçü hakim A.M.A. saxlanılıb.
Hadisə avtobusda baş verib.
İddialara görə, pensiyada olan hakim A.M.A. sərnişin G.T.-nin ətək altından fotoşəkillərini çəkib. Bu zaman avtobusdakı digər sərnişinlər və A.M.A. arasında mübahisə yaranıb.
Sürücü avtobusdakı qarşıdurmanın qarşısını almaq üçün qapıları kilidləyərək avtobusu birbaşa polis şöbəsinə sürüb. Polis tərəfindən saxlanılan A.M.A. sonra məhkəməyə təqdim edilib. Növbəti mərhələdə barəsində həbs istəyi ilə məhkəməyə göndərilən təqaüdçü hakim, məhkəmə tərəfindən şərti azadlığa buraxılıb.
Qeyd edək ki, avtobusdakı mübahisə anları nəzarət kameraları tərəfindən qeydə alınıb./Milli.az/
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ