Onlayn ictimai-siyasi qəzet
Bakıda “ayıq sürücü” xidmətindən istifadə edən şərxoş şəxsin başına iş gəlib. Onun kartından 7 manat əvəzinə 700 manat pul çəkilib.
Musavat.com xəbər verir ki, 29 yaşlı Orxan Bakıda taksi fəaliyyəti ilə məşğul olub.
Müştəri olduğu zaman “ayıq sürücü” xidməti də göstərirmiş.
Hadisə baş verən gün “Tarqovı”dan “Papanin”ə müştəri götürüb. Razılığa əsasən, müştərini 7 manata mənzil başına çatdırmalı imiş. Orxan mənzil başına çatanda ödənişi kartla qəbul edib. Lakin müştəri sərxoş olduğu üçün telefonda olan rəqəmləri yaxşı görə bilmədiyini deyib və ondan yardım istəyib. Orxan müştərinin istəyi ilə onun kartından öz kartına 7 manat göndərməli imiş. Lakin bunu fürsət bilən Orxan 7 manat əvəzinə mütərinin kartında olan 700 manatı öz kart hesabına köçürüb. Müştəri səhər ayılanda aldadıldığını başa düşüb.
Daha əvvəl də cinayət törədən, lakin azadlığın məhdudlaşdırılması cəzası alan Orxan ifadəsində deyib ki, maddi vəziyyəti yaxşı olmadığı üçün həmin şəxsdən borc istəyib və o da verib. Orxan müştərini daha əvvəl də 2-3 dəfə gördüyünü deyib. Lakin zərərçəkmiş kimi tanınan müştəri bunu xatırlamadığını bildirib.
Məhkəmə bu dəfə Orxana güzəşt etməyib. Əvvəlki məhkumluğu da ödənilməyən Orxan 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ