Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinin AZAL-a məxsus EMBRAER 190 təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti üzə çıxarılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Minval politika” məlumat yayıb.
Məlumata görə, yaxın saatlarda həmin təyyarənin vurulması əmrini şəxsən vermiş rus generalın fotosu ictimaiyyətə təqdim olunacaq.
“Biz EMBRAER 190 reysinin qəzaya uğramasında birbaşa iştirak etmiş bir neçə rus zabitinin adını öyrəndik. Onlardan biri artıq vəzifə artımı da alıb. Bu, təsadüfi deyil. Detallar və fotolar – yaxın dəqiqələrdə bizim materialımızda olacaq”, - deyə məlumatda bildirilir.
Məlumatda vurğulanır ki, bu, artıq təkcə raketi atan ekipaj və ya lokal bölmə ilə məhdudlaşmır. Əmr birbaşa yuxarı komanda səviyyəsindən gəlib və əməliyyatın siyasi-müdafiə zəncirindəki həlqələri müəyyən olunub.
“Minval Politika”nın daha əvvəl yaydığı digər hesabatlarda raketi buraxan zabitin kimliyi və mövqeyi barədə ilkin məlumatlar yer almışdı. İndi isə ifşa Rusiya Müdafiə Nazirliyinin general heyətinə qədər uzanır.
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ