Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.
Musavat.com xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın qələbəsi ilə yekunlaşıb - 4:2.
Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Qeyd edək ki, daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.
@@TVmusavat/116336@@
Musavat.сom
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ