İnsanlara hürriyət, millətlərə istiqlal!

Bacısının ölümü ilə sarsılan məşhur müğənni səhnədə çətin anlar yaşadı - VİDEO

Türkiyəli müğənni Simge Sağın ağır itki ilə üzləşib.

Musavat.com xəbər verir ki, onun bacısı Nilay Sağın ürək xəstəliyi səbəbindən vəfat edib.

Ailə üzvlərinin verdiyi məlumata görə, bir müddətdir səhhətində problem olan Nilay Sağın yuxuda dünyasını dəyişib.

Nilay Sağın mayın 16-da İstanbulda yerləşən Kozyatağı Mehmet Çavuş məscidində qılınan cənazə namazının ardından Feriköy qəbiristanlığında torpağa tapşırılıb.

Bu çətin günləri yaşayan Simge Sağın səhnəyə qayıdışı da emosional anlarla yadda qalıb. Sənətçi bacısının vəfatından üç gün sonra — mayın 19-da Mersində keçirilən “19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı” çərçivəsində təşkil olunan konsertdə səhnəyə çıxıb.

Simge ifası zamanı göz yaşlarına hakim ola bilməyib və vaxtaşırı ifasına ara vermək məcburiyyətində qalıb. Səhnədə yaşanan duyğusal anlara tamaşaçılar da biganə qalmayıb. Pərəstişkarları alqışlarla sənətçiyə dəstək göstərərək onun yanında olduqlarını nümayiş etdiriblər.

Simge Sağın bacısı ilə çox yaxın münasibətdə olduğu və bu itkidən dərin hüzn keçirdiyi bildirilir.

Musavat.com

Ablasının ölümüyle sarsılan Simge Sağın, sahnede zor anlar yaşadı

Ablasının ölümüyle sarsılan Simge Sağın, sahnede zor anlar yaşadı

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR