İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda biznesmenin maşınından 130 minlik oğurluq işində ziddiyyətlər - Kim yalan danışır? - FOTO

Bakıda iş adamına məxsus avtomobildən külli miqdarda pul oğurlamaqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. İşdə ziddiyyətli məqamlar diqqət çəkir.

Musavat.com xəbər verir ki, hadisə bu il fevralın 26-da baş verib.

A.Quliyevə məxsus “Mercedes Benz S klass 450” markalı avtomobilin yük yerindən 100 min manatdan çox pul oğurlanıb.

Oğurluğu törətməkdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Fikrət Cəfərov həbs edilib. O, özünü qismən təqsirli bilib və peşman olduğunu deyib.

İttihamda yazılıb ki, F.Cəfərov maşından 96 min manat və 20 min dollar oğurlayıb.

WhatsApp Image 2025-07-30 at 14.50.24.jpeg (25 KB)

Fotoda: təqsirləndirilən Fikrət Cəfərov

Hadisənin necə baş verməsi haqda danışan Cəfərov iddia edib ki, oğurluğu təsadüfən törədib: “Əvvəldən heç nə planlaşdırmamışam. Tam təsadüfən oldu. Maşının yanından keçəndə yük yerinin qapısının açıq olduğunu gördüm. Çantanın içərisində pul var idi. Pulu götürüb evə getdim. Həmin puldan 2500 manatını bir nəfərin kartına göndərdim. Sonra evə gələn mülki geyimli şəxslər polis olduqlarını dedilər. Qalan məbləği otaqdan götürdülər”.

Cəfərov puldan əskik olan hissənin özündə olmadığını deyib. Məlum olub ki, zərərçməkmişə 62 min manat və 10 min dollar qaytarılıb. Zərər hazırda 51 min manat olaraq göstərilir.

Məhkəmədə məlum olub ki, Cəfərovun 2500 manat pul göndərdiyi qadınla sevgi münasibətləri olub. Cəfərov daha əvvəl tutulan zaman həmin qadın ona 1000 manat pul verib. Cəfərov da borcunu qaytarmaq üçün ona 2500 manat göndərib.

Zərərçəkmiş A.Quliyev dindirilən zaman deyib ki, “Binə Aqro” şirkətindən götürdüyü pomidoru bazarda satandan sonra əldə etdiyi pulu maşının yük yerinə qoyub. Evə gələn zaman maşından düşüb və “baqaj”dan siqaret götürüb. Maşının “baqaj”ının avtomatik bağlanacağını düşündüyü üçün oranı tərk edib: “Düşündüm ki, “baqaj” özü bağlanacaq. Fikir vermədən evə getdim. Sonra anam məni çağırdı ki, qonşu maşının “baqaj”ının açıq olduğunu deyir. Həyətə çıxıb maşına baxmağa getdik. Yük yerindəki çanta və pul yox idi”.

Zərrəçəkmiş şəxs zərərin qalan hissəsinin ödənilmədiyinə görə şikayətçi olduğunu deyib.

Məlum olub ki, zərərçəkmiş şəxs əvvəlcə “102 Xidməti”nə zəng edən zaman 100 min manat və 30 min dollarının oğurlandığını deyib. Sonra polisə ərizə yazan zaman məbləğin 90 min manat və 20 min dollar olduğunu bildirib. Son olaraq isə maşında olan pulun 96 min manat və 20 min manat olduğunu söyləyib. Bu ziddiyyətləri izah edən iş adamı bildirib ki, həmin zaman həyəcanlı olduğu üçün səhv edib.

Məhkəmənin hökmü ilə daha əvvəl də oğurluqda ittiham olunan Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR