İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda etno-kriminal dəstəyə zərbə: Qafqazda qan yerdə qalmaz...

Xəbər verdiyimiz kimi, Bakıda genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində İran mənşəli narkotik vasitələrin tranziti, onların onlayn dövriyyəsi və kiberdələduzluq cinayətlərində iştirak edən iki mütəşəkkil dəstə zərərsizləşdirilib.

Musavat.com xəbər verir ki, saxlanılan dəstə üzvlərinin əksəriyyəti Rusiya Federasiyası vətəndaşlarıdır.

Onların Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə paytaxt Bakıda həyata keçirdikləri qanunsuz əməllərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən uzun müddət ərzində kompleks əməliyyat-axtarış tədbirləri aparılıb. Nəticədə dəstələrin əsas üzvləri müəyyən edilərək saxlanılıb.

NARKO SON.jpeg (260 KB)

İstintaq zamanı məlum olub ki, sözügedən şəxslər yalnız narkotik maddələrin yayılması və kiberfırıldaqçılıqla deyil, həm də Azərbaycan vətəndaşlarına qarşı xüsusi qəddarlıqla törədilən əməllərdə – işgəncə, alçaltma və təhqir hallarında da iştirak ediblər. Onların fəaliyyətinin yalnız kriminal deyil, həm də ideoloji və etnik yönümlü olması istisna edilmir. Bu səbəbdən də hüquq-mühafizə orqanları onların fəaliyyətini etno-kriminal qruplaşma kimi qiymətləndirir.

Qeyd olunur ki, cinayətkar şəbəkə uzun müddətdir Azərbaycan xüsusi xidmət orqanlarının nəzarətində olub. Əldə olunan məlumatlara əsasən, həmin qruplar regionda sabitliyə təhdid yaradan transmilli cinayətkar şəbəkələrin yerli qolu olub və onların fəaliyyəti daha geniş məqsədlərə xidmət edib.

Dəstə üzvləri barəsində toplanmış sübutlar əsasında hüquqi tədbirlər görülüb və onlar artıq qanuni cəzalarına məhkum ediliblər. Əməliyyatlar bu istiqamətdə davam etdirilir, yeni həbslərin olması da mümkündür.

Bütün bu baş verənlər fonunda bir müddət əvvəl Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı ailəyə qarşı törədilən qeyri-insani davranışları, fiziki və mənəvi təzyiqləri, soydaşlarımıza qarşı aparılan təhqiramiz münasibəti bir daha xatırlamamaq mümkün deyil.

NARKO YEN.jpeg (238 KB)

Bu hadisələrin fonunda deyə bilərik ki, biz qanı qanla almırıq, niyyətimiz o deyil. Amma qisas alındı. Bu əməlləri törədənlər bilməlidir ki, Qafqazda qan qisası nə deməkdir. Soydaşlarımıza işgəncə verən, alçaldanların aqibəti də belə olacaq.

Azərbaycanın hüquq-mühafizə orqanları bildirir ki, qanunun aliliyi prinsipi tam şəkildə qorunur. Cinayət törədən istənilən şəxs – kimliyindən, vətəndaşlığından, etnik mənsubiyyətindən asılı olmayaraq – cavab verəcək.

KRİM EN S.jpeg (256 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR