Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
15 Oktyabr 2025
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ