İnsanlara hürriyət, millətlərə istiqlal!

Beriyanın qanlı amnistiyası - keçmiş məhbuslar Ulan-Udeni ələ keçiriblər və talayıblar

1953-cü il martın 27-də Stalinin ölümündən 22 gün sonra Beriya özünə “xal” qazanmaq üçün amnistiya haqqında qərar qəbul edib. Sənədə əsasən, vəzifə, iqtisadi və hərbi cinayətlərə görə məhkum olunmuşlar, hamilə qadınlar, on yaşınadək uşağı olan qadınlar, 18 yaşınadək yetkinlik yaşına çatmayanlar amnistiyaya düşüb.

Bir milyon məhbusun azad edilməsi SSRİ-də cinayətkarlığın görünməmiş yüksəlişi ilə nəticələnib - cinayətkarlıq 16,4% artıb. Keçmiş məhbusların hücumu isə 1953-cü ilin yayında Buryat-Monqolustanın (hazırda Buryatiya Respublikası) paytaxtı Ulan-Udedə xüsusilə dəhşətli həddə çatıb.

1930-1940-cı illərdə Sibir ərazisi “QULaq” düşərgələri ilə əhatə olunub. II dünya müharibəsi illərində “QULaq”ın Buryat-Monqol MSSR üzrə ərazi idarəsində məhbusların sayı 4,5 min nəfəri keçməyib, lakin sonra “kontingent” artmağa başlayıb.

3bc54c02-3e31-4bbb-9639-e1d8a7f549fd.jpeg (69 KB)

Tarixçilərə görə, 1949-cu ildə həmin ərazilərdə 5 694 nəfər olub. 1951-ci ilə qədər Buryatiyada 8 koloniya və 5 həbsxana olub. Ölkədə düşərgələrlə yanaşı, Zakamensk vilayətinin Cida-stroy kəndində yerləşən Cidinski islah-əmək düşərgəsi (Cidinlaq və ya Cidalaq) fəaliyyət göstərib və dağ-mədən və metallurgiya müəssisələri kimi ixtisaslaşıb.

1945-ci ilə kimi filiz hasil edən Cidalaqda volfram və molibden konsentratı istehsal edən Cida zavodunda 9 393 nəfər “işləyib”.

1953-cü ilin iyunundan sonra azad edilmiş cinayətkarlar Ulan-Udeyə gəlməyə başlayıblar. İlk növbədə bunlar şəhərətrafı Steklozavod və Melkombinat qəsəbələrindən olan cəzaçəkmə koloniyasının məhbusları olub. Amma Ulan-Ude əsas nəqliyyat qovşağı olduğu üçün dəmiryol vağzallarına amnistiyaya məruz qalan məhbusların axını daha çox olub. Hətta Kolımda və Uzaq Şərqdəki cəzaçəkmə müəssisələrindən buraxılmış məhbuslar da Ulan-Udeya gəliblər.

c89a0140-925b-4a85-90e3-a16e5fa2dd91.jpeg (240 KB)

Çinin tərkibində olan Daxili Monqolustandakı xüsusilə təhlükəli cinayətkarların saxlanıldığı düşərgələrdən buraxılanların Ulan-Udeyə axışması ilə vəziyyət daha da gərginləşib. Minlərlə evsiz və işsiz şəxs şəhər küçələrini doldurub. Nəticədə Buryat-Monqolustanın paytaxtında soyğunçuluq, oğurluq və qətllər adi hala çevrilib. Cinayətkarlar yeməkxana, mağaza və restoranlarda ərzaq ehtiyatlarını dağıdıb, müəssisələrin kassalarını oğurlayıblar. Fəhlə yataqxanaları da hücuma məruz qalıb. Məhbuslar həmin əraziləri kütləvi şəkildə qadınları zorlamaq üçün ələ keçiriblər.

Milis nəfərlərinin sayının azlığı və keçmiş məhbusların çoxluğu cinayətkarların cəzasız qalmasına şərait yaradıb. O günlərin şahidi olan buryat yazıçısı və tarixçisi Aleksandr Pakeyev “Günahlar” hekayəsində yazıb:

6b17e618-36fd-4c50-9d60-b32499d34d8e.jpeg (76 KB)

“Yerli sakinlər, xüsusən də Qorodokda pəncərələri bərk-bərk bağlayır, qapılarını, həyətlərini ehtiyatla örtür, itlərini zəncirlərindən buraxır, hələ qurumamış alt paltarlarını evə aparırdılar... Azad edilmiş məhbuslar dəstə-dəstə Qorodokda dolaşırdılar. Sakinlər yenidən küçəyə çıxmağa qorxurdular. Onlar da qrup halında gəzməyə çalışırdılar. Döngədə nələrin olacağını heç vaxt bilmirdin”.

Həmin hadisələrlə bağlı Rusiyanın əməkdar hüquqşünası Nadejda Kurşeva 2012-ci ildə “Tam məxfi” qəzetində dərc olunan məqaləsində yazıb ki, 1953-cü ilin yayında Ulan-Udenin dövlət qurumları mühasirə vəziyyətinə düşüb.

“Ədliyyə Nazirliyində kabinetlərdə yatmağımız üçün qatlanan çarpayılar gətirilmişdi. Birinci mərtəbənin pəncərələri qum torbaları ilə örtülmüşdü, bina daima pulemyotçular tərəfindən qorunurdu”, - Kurşeva xatırlayıb.

2fcb7d92-0130-4391-9d26-331231e25df3.jpeg (100 KB)

Şəhər radiosu davamlı olaraq sakinlərə evlərini tərk etməmək barədə xəbərdarlıq edib. Talanlar və iğtişaşlar bir neçə həftə davam edib. Quldurları yalnız Ulan-Ude milisinin köməyinə qonşu rayonlardan gələn hərbçilər sakitləşdirə bilib. Bununla da hakimiyyət “sosialist qanunçuluğu normalarından” kənara çıxmalı olub.

Sovet İttifaqında ölüm hökmü rəsmən ləğv edilsə də, Ulan-Udedə cinayətkarları sadəcə olaraq küçələrdə güllələyiblər. Axşam saat 10-dan səhər saat 8-ə qədər şəhərdə komendant saatı qüvvədə olub və onu pozan hər kəs güllələnməyə məruz qalıb. Meyitlərin çoxu digər şəxslərə görk olsun deyə küçələrdə qalıb. Həmin günlərdə öldürülən keçmiş məhbusların dəqiq sayı məlum deyil. Çünki Ulan-Ude hadisələri ilə bağlı bütün sənədlər dərhal məxfiləşdirilib.

Tədqiqatçı Yelena Bartanovanın sözlərinə görə, 1953-cü ildə Buryat-Monqolustanda törədilmiş cinayətlərin sayı 1952-ci illə müqayisədə rəsmi olaraq 7,4% artıb. Xüsusilə quldurluq hadisələrinin sayı yüksəlib. 1953-cü ilin sonu və 1954-cü ilin əvvəllərində xalq məhkəmələrinə əvvəlki dövrlərlə müqayisədə bu tipli işlərin sayı 2,4 dəfə çox olub.

b97ae7aa-d4e1-4c98-ab7e-d16b1081950c.jpeg (194 KB)

Cinayətkarların bəziləri daimi olaraq Buryatiya paytaxtında məskunlaşıblar. Burada cinayət nisbəti 1958-ci ilə qədər artmaqda davam edib. Məsələn, SSRİ ərazisində təkcə 1955-ci ildə saxlanılan 241 cinayətkar qruplaşmanın 82-si Ulan-Udedə fəaliyyət göstərib.

1953-cü ildə banditizm hadisələri 72%, qətllər 48%, quldurluq 176%, zorlamaların sayı isə 43 faiz artıb. Amnistiya nəticəsində azad edilən 84 225 nəfər 1954-cü ilin aprelinə qədər yenidən həbsxanaya qayıdıb.
1953-cü il amnistiyası siyasi məhbuslara şamil olunmayıb və Norilsk düşərgələrində saxlanılan 14 mindən çox insan nümayiş keçirməyə başlayıblar. Etirazlar öz bəhrəsini verib və siyasi məhbusların azadlığa buraxılmasına başlanılıb. Onların kütləvi şəkildə azad edilməsi 1956-cı ilin fevralında keçirilən Sov.İKP-nin XX qurultayından sonra baş tutub. 1956-cı ilin yayının sonunda bir neçə milyon insan düşərgələri tərk edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR