Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın obyektlərinə hücum edilərkən səssiz qalmamalıdır.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu İranın təşkilatdakı daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
"İran İsrailin təcavüzü dayanana qədər özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək", - o, bildirib.
Onun sözlərinə görə, İran ABŞ-nin münaqişəyə girə biləcəyi ilə bağlı xəbərlərdən narahatdır.
“Aydın deyək: İranın nüvə proqramı dinc xarakter daşıyır və dünyanın ən geniş yoxlamalarına məruz qalır”, - İrəvani vurğulayıb.
Bu bəyanatlardan sonra İsrailin BMT-dəki nümayəndəsi Denni Danon İrəvaniyə müraciət edərək qeyd edib ki, İran beynəlxalq ictimaiyyətdən onu müdafiə etməyi tələb edə bilməz: "İranın nüvə təhlükəsi aradan qalxana qədər dayanmayacağıq", - Danon deyib.
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ