İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu dəhşətli qəzaya görə hökm - İki uşaq ölmüşdü (VİDEO)

Hacıqabulda 3 nəfərin öldüyü dəhşətli qəzaya görə açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Qəzaya səbəb olan sürücüyə hökm oxunub.

Musavat.com-un xəbərinə görə, hadisə bu ilin yanvar ayında Hacıqabulda baş verib.

"VAZ-2107" markalı avtomobil magistral yolda manevr qaydasını pozaraq "Mercedes" markalı avtomobillə toqquşmuşdu. "VAZ-2107" idarəetmədən çıxaraq yol kənarındakı "Hyundai Sonata", "Hyundai Tucson" və "KİA" markalı minik maşınlarına da çırpılmışdı.

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobildə olan Yusif Qəhrəmanov, Günel Qəhrəmanova və Aminə Qəhrəmanova dünyasını dəyişmişdi.

"VAZ-2107" markalı avtomobilin sürücüsü Vilayət Qəhrəmanov olub.

Məlumata görə, qəza zamanı dünyasını dəyişən Aminə Qəhrəmanova sürücünün həyat yoldaşı, Günel isə qızı olub. 9 yaşlı Yusif onun qardaşı oğlu imiş.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən Vilayət Qəhrəmanov törətdiyi əməldən peşman olduğunu, ani diqqətsizlikdən baş verən hadisəyə görə böyük sarsıntı keçirdiyini deyib. Onun himayəsində hazırda bir azyaşlı övladı var.

İstintaq zamanı məlum olub ki, mərhumların hüquqi varisləri sürücüdən şikayətçi olmayıb.

Məhkəmənin hökmü ilə Vilayət Qəhrəmanov barəsində şərti cəza təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR