İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu hava limanı işini dayandırdı

Münhen hava limanı hava məkanında dronların aşkarlanması ilə əlaqədar uçuşları dayandırdığını açıqlayıb. Musavat.com xarici agentliklırə istinadən xəbər verir ki, dünən axşam saatlarında Almaniyanın Hava Hərəkəti İdarəsi bir neçə dronun görünməsinə görə Münhen Hava Limanında uçuşları məhdudlaşdırıb, sonra isə tamamilə dayandırıb.

Hadisə nəticəsində 17 reysin ləğv olunduğu qeyd edilib. Uçuşun dayandırılması 3000-ə yaxın sərnişinə təsir edib.

Hava limanına gələn on beş reys Ştutqart, Nürnberq, Vyana və Frankfurta yönləndirilib.

Daha əvvəl Danimarkanın bir neçə hava limanında pilotsuz təyyarələrin aşkarlanması səbəbindən uçuşlar dayandırılmışdı.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR