Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilib.
Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, saziş bu ilin martın 12-də Bakı şəhərində imzalanıb.
02 Iyul 2025
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ