İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cəfərqulunun kafesi” əxlaqsızlıq yuvası imiş - Cinayətin üstü belə açılıb

Şəmkirdə yerləşən “Cəfərqulunun kafesi” əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirmiş.

Musavat.com xəbər verir ki, adı çəkilən kafenin icarədarı olan 34 yaşlı qadın orada hamam otağını müştərilərin istifadəsinə verməklə, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlama cinayət əməllərini törədib.

İstintaqla müəyyən edilib ki, həmin qadın eyni əməllə daha əvvəl Sabirabadda icarəyə götürdüyü kafedə də məşğul olub.

“Cəfərqulunun kafesi”nin əxlaqsızlıq yuvası olması isə oğurluq hadisəsi ilə açılıb. Belə ki, həmin kafedə bir qadınla münasibətdə olan şəxs pulunun oğurlandığını bilib və polisə məlumat verib. Bundan sonra kafenin əxlaqsızlıq yuvası olması müəyyən edilib.

Qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən qadın 2 il islah işlərinə cəlb edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR