İnsanlara hürriyət, millətlərə istiqlal!

CHP sədrinə hücum edən şəxsin hadisədən əvvəlki GÖRÜNTÜLƏRİ YAYILDI

İstanbulda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum edən 66 yaşlı Səlcuq Tengiolunun hadisədən əvvəl Beyoğlunda yerləşən bir hoteldə qaldığı və orada çay içərək işçilər ilə söhbət etdiyi anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Musavat.com xəbər verir ki, Tengiolu ilkin ifadəsində, daha əvvəl CHP-dən "yemək kartı" almaq üçün müraciət etdiyini, lakin partiya üzvü olmadığı üçün bu istəyinin rədd edildiyini bildirib.

Bu səbəbdən uzun müddət narazı olduğunu və hücumu əvvəlcədən planlaşdırmadığını, anidən qərar verdiyini qeyd edib.

Qeyd edək ki, Tengiolu 2004-cü ildə iki övladını qətlə yetirdiyi üçün ömürlük həbs cəzası almış və 2020-ci ildə şərti azadlığa buraxılmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR