İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Avropa İttifaqı üçün problem mənbəyi deyil, olmayacaq – XİN başçısı

Çin heç vaxt Avropa İttifaqı üçün problem mənbəyi olmayıb və olmayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Brüsseldə Çin-Avropa strateji dialoqunun 13-cü raundunda Çinin xarici işlər naziri Van Yi deyib. Onun sözlərinə görə, Çin hakimiyyəti Avropa tərəfi ilə qarşılıqlı əlaqədə onun rasional və praqmatik mövqeyinə ümid edir: "Avropa müxtəlif çağırışlarla üzləşir, lakin nə keçmişdə, nə indi, nə də gələcəkdə bunlar Çindən gəlmir".

Çin XİN rəhbəri ümid etdiyini bildirib ki, Avropa İttifaqı “ÇXR haqqında obyektiv və rasional baxış formalaşdıracaq, ona qarşı daha müsbət və praqmatik siyasət aparacaq”.

Nazir qeyd edib ki, Çin və Avropa İttifaqı beynəlxalq fikir ayrılıqlarının sülh yolu ilə həllinə yardım etməli və qlobal problemləri birgə həll etməlidir: “Biz çoxtərəflilik və azad ticarət prinsiplərinə əməl etməli, beynəlxalq qaydalara və beynəlxalq nizama riayət etməli, beynəlxalq mübahisələrin sülh yolu ilə həllini təşviq etməli və iqlim dəyişikliyi kimi qlobal problemləri birgə həll etməliyik”.

Onun sözlərinə görə, Pekin yüksək keyfiyyətli inkişaf kursunu və yüksək səviyyəli açıqlığı qoruyaraq, Avropaya inteqrasiya prosesini həmişə dəstəkləyib. Vanq Yi vurğulayıb ki, Çin Aİ ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə, ticarət-iqtisadi əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı açıqlığı gücləndirməyə, fikir ayrılıqlarını aradan qaldırmağa və qarşılıqlı faydalı nəticələr əldə etməyə hazırdır.

Nazirin fikrincə, getdikcə mürəkkəbləşən beynəlxalq vəziyyət şəraitində Çin və Avropa İttifaqı təmasları gücləndirməli, qarşılıqlı etimadı dərinləşdirməli, məsuliyyətli siyasət yürütməli, dünyada “sabitləşdirici qüvvə” kimi çıxış etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR