İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinlə ABŞ-ın ticarət razılaşmasında nələr var? 

İki ölkə arasında ticarət danışıqları zamanı əldə olunan razılaşmalara əsasən, ABŞ Çinə qarşı bəzi məhdudlaşdırıcı tədbirləri ləğv edəcək.

Musavat.com xəbər verir ki, məlumatı Çin Ticarət Nazirliyi yayıb.

Nazirlik bildirir ki, Çin nəzarət edilən malların ixracı üçün müvafiq müraciətləri qanuni olaraq təsdiq edəcək, əvəzində ABŞ Çinə qarşı tətbiq edilən bir sıra məhdudlaşdırıcı tədbirləri ləğv edəcək.

Nazirlik qeyd edib ki, London görüşündən sonra Çin və ABŞ müzakirəçiləri sıx əlaqə saxlayıblar. Bu yaxınlarda tərəflər "müqavilə çərçivəsinin təfərrüatlarını daha da razılaşdırıblar".

Pekin ABŞ və Çinin bir-birinə qarşılıqlı addım ataraq, iki dövlət başçısı arasındakı mühüm konsensusa və iyunun 5-də telefon danışığı zamanı səslənən tələblərə əməl etməsini gözləyir. Çin tərəfi ümid edir ki, Pekin və Vaşinqton konsensusu gücləndirəcək, anlaşılmazlıqları azaldacaq, əməkdaşlığı inkişaf etdirəcək və iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin sağlam, sabit və davamlı inkişafına birgə kömək edəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ iyunun 25-də Çinlə yeni ticarət sazişi imzalayıb.

ABŞ-ın yüksək tariflərinə qarşılıq olara Çin bu ölkəyə nadir torpaq elementlərinin ixracına məhdudiyyət tətbiq edib. İyunda əldə olunan razılaşmalarda Çinin məhdudiyyətləri götürməsi müqabilində ABŞ-ın Çin mallarına qarşı tarifləri 50 faizə qədər azaltması nəzərdə tutulurdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR