Onlayn ictimai-siyasi qəzet
Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ümumi zərər təxminən 6 milyard rubl olub.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumundakı çıxışı zamanı açıqlanan materiallarda qeyd olunub.
“Crocus City Hall”da törədilən terror aktı nəticəsində ümumilikdə təxminən altı milyard rubl məbləğində ziyan vurulub,” – deyə materiallarda bildirilir.
Xatırladaq ki, terror aktı ötən il martın 22-də törədilib. Dörd silahlı terrorçu “Piknik” qrupunun konsertinə gələnləri öldürmək üçün atəş açıb, daha sonra zalı yandırıb. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.
“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib ki, terror aktı nəticəsində şirkətə dəymiş təxmini ziyan 150-200 milyon ABŞ dolları təşkil edir.
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ