Onlayn ictimai-siyasi qəzet
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın rəsmi səfərlə Dəməşqə gedib və orada Suriya rəhbərliyi ilə bir sıra görüşlər keçirib.
Musavat.com xəbər verir ki, "Anadolu" agentliyinin məlumatına görə, Kalın Suriya prezidenti Əş-Şaraa, xarici işlər naziri Əsəd Həsən əl-Şibani və Suriya kəşfiyyat xidmətinin rəhbəri Əli əs-Səlam ilə görüşüb.
Tərəflər Türkiyə-Suriya münasibətlərinin inkişafını müzakirə ediblər. Görüşlərdə həmçinin PKK-nın özünü buraxması məsələsi, sərhəd-keçid məntəqələrinin, gömrük infrastrukturunun, həbsxanaların və İŞİD üzvlərinin saxlanıldığı düşərgələrin rəsmi Dəməşqə təhvil verilməsi müzakirə olunub.
Ankara bu məsələlərin həllində Suriyaya hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.
Bundan əlavə, regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub. İsrailin Suriya ərazisinə endirdiyi zərbələr, beynəlxalq sanksiyaların ləğv olunması zərurəti, terrorçu qruplaşmalara qarşı mübarizə və suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə vətənə qayıdışı üçün şəraitin yaradılması məsələləri geniş şəkildə müzakirə edilib.
Musavat.com
21 May 2025
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ