İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: Azərbaycanlılara qarşı törədilmiş vəhşilik heç bir qanuna, insanlığa sığmır

Azərbaycanlılara qarşı törədilmiş vəhşilik heç bir qanuna, insanlığa sığmır.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu cür hadisələr ilk dəfə deyil baş verir: “Əvvəlki dövrlərdə də zaman-zaman bu cür hadisələrin baş verdiyini görmüşük. Azərbaycan hər zaman çalışır ki, Rusiya ilə münasibətləri qorusun. Azərbaycanda yaşayan 100 mindən artıq Rusiya vətəndaşı Azərbaycan dövlətinin tam diqqəti ilə əhatə olunub. Dövlətimiz onlar üçün burada ən yüksək şəraiti yaradıb. Bu gün onlar və azərbaycanlılar arasında heç bir fərq yoxdur. Amma təəssüf doğurur ki, dünənki proses bir daha Rusiyadakı vəziyyətin fərqli olduğunu göstərdi. Azərbaycanlılara qarşı məqsədli şəkildə davamlı olaraq bu cür addımlar atılır”.

Deputatın sözlərinə görə, baş verənlər ayrı-seçkilik və faşizimin Rusiyada dövlət siyasətinə çevrildiyini göstərir: “Bu gələcəkdə daha çox Rusiyanın özünün başağrısına çevriləcək. Rusiyada çoxlu xalqların nümayəndələri yaşayır. Onlar hər zaman bu ölkənin vətəndaşı kimi quruculuğunda iştirak ediblər. İndi isə Rusiyanın hüquq mühafizə orqanları bu vəhşiliyi və qəddarlığı törədir. Bu, qəbuledilməzdir. Biz Rusiyadan bu davranışlara izahat verilməsini tələb edirik. Bu, vəhşilik və qanun pozuntusudur. Sıradan məsələ deyil. Rəsmi orqanın həyata keçirdiyi bir addımdır. Ona görə Rusiyadan izahat gözləyirik. Belə halların təkrarlanmamamsı üçün öz siyasətlərinə baxmalı və düzəliş etməlidirlər. Bu formada addımların atılması iki ölkə arasında mövcud münasibətlərə tamamilə zidd davranışdır. Qəbuledilməz addımdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR