Onlayn ictimai-siyasi qəzet
Dövlət Dumasının deputatı Oleq Matveyçev bəyan edib ki, Rusiyada doğum səviyyəsini həyat səviyyəsini aşağı salmaqla artırmaq olar.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, o, bu barədə parlamentin ictimai palatasında abortun təbliğatını qadağan edən qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Matveyçev iddia edir ki, maddi şəraitin yaxşılaşdırılması demoqrafik böhranın həllinə kömək etmir, əksinə, doğum səviyyəsini aşağı salır.
“Biz maddi şəraitin yaxşılaşdırılmasının demoqrafik problemləri həll edə biləcəyi doqmasından birdəfəlik imtina etməliyik. Qlobal təcrübə bunun tam əksini göstərir: insanlar nə qədər yaxşı yaşayırsa, bir o qədər az uşaq olur”, - deyən deputat bildirib ki, ən yüksək doğum səviyyəsi yoxsul ölkələrdə, ən pisi isə zəngin ölkələrdədir.
O, uşaqlı ailələrə maliyyə ödəmələrinin də əleyhinə çıxış edib.
Matveyçev deyib ki, müasir gənclərin bütün söhbətləri “bizə mənzil verin, müavinət verin, sonra uşaq dünyaya gətirməyə razılaşaq” fikri ilə yekunlaşır.
Parlament üzvü abortları hərbi itkilərlə müqayisə edərək, bu əməliyyatlarda “mərkəzi hərbi dairədəki qədər adamın öldüyünü” qeyd edib. O, SSRİ-də abort qanuniləşdirildikdən sonra “ölkədə Hitlerdən daha çox insan öldürüldüyünü” iddia edib.
Matveyçev əlavə edib ki, ruslar bu günlərini yaşamaq və “həyatın dadını çıxarmaq istəyirlər”. O, qadınların getdikcə daha çox ailə həyatını yox, karyeranı seçdiyini deyib. Deputat bildirib ki, buna görə kim cəzadan qaça bilməyəcək.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ