Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Cəfər Cabbarlı adına kinostudiyanın həyətində baş verən partlayışla bağlı hadisə yerinə gəlib.
Əraziyə baxış keçirən icra başçısı vəziyyətlə yerində tanış olub və aidiyyəti qurumların nümayəndələri ilə müzakirələr aparıb və operativ tədbirlərin görülməsi üçün göstərişlər verib.
Hadisənin səbəbi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Eldar Əzizov İctimai Televiziyaya açıqlamasında bildirib ki, partlayışın nədən baş verdiyini demək hələ mümkün deyil.
“Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin ekspertləri işləyirlər. Yəqin, səhərə yaxın nəsə biləcəyik. Hər halda olmamalı idi, amma olub”, – deyə Əzizov qeyd edib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi yanğının artıq söndürüldüyünü, Daxili İşlər Nazirliyi isə xəsarət alan vətəndaşın olmadığını açıqlayıb.
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ