Onlayn ictimai-siyasi qəzet
Əlikram Bayramovla Xoşqədəm Hidayətqızının dialoqu sosial şəbəkələrdə gündəm olub.
Aparıcı müğənninin Əlikramın “Mənə Rusiyadan çox arvad tapıb gətirmisən” sözündən sonra bütün arxivi açıb-töküb.
Xoşqədəm Hidayətqızı bildirib: “Uşaqların gəlmişdi. Mənə yalvarırdın ki, efirə çıxarma. Birini 2013-cü ildə Moskvadan gətirmişdim. Əlikram yalvardı ki, Xoşqədəm, nə olar, evimdə söz-söhbət düşəcək. Əməkdaşlarımızdan xahiş edirəm”.
“Səni axtarıram”ın 15 illiyində Moskvadakı Yuliyanı gətirin” sözlərinə isə Əlikram belə deyib: “Heç nədən qorxmuram, kişi qorxaq olmaz. Xoşqədəm tapmamış uşaqları gətirim, çünki o, dərinə gedəcək”.
Efirdə qonaq olan Əlikram Bayramovun oğlu isə onların söhbətinə belə reaksiyasını verib: “Mən narahat deyiləm, hər şeyi adıma keçirmişəm, atamın adına bircə maşın qalıb. Maşını nə edim? Şükür Allaha, maşınım da var”. (pravda.az)
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ