Onlayn ictimai-siyasi qəzet
10 yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Əsgərova məlumat verib.
O bildirib ki, övladı Yusif anadangəlmə epilepsiya və serebral iflic xəstəliklərindən əziyyət çəkir:
"Yusifin on yaşı var, demək olar ki, doğulan gündən həkim müayinələrindəyik. İllərdir onu müalicələrlə həyatda tutmuşuq. Onun başına maye yığıldığı üçün bir il əvvəl İranda əməliyyat olundu. Gözləri tamamilə zəifləyib, nə qədər çalışsaq da, görməsini bərpa edə bilmirik. Bir neçə həftə əvvəl Yusifin belində şiş əmələ gəldi. Rayondakı həkimlər onun təcili Bakıya getməli olduğunu dedilər. Həkimlər onun fəqərəsinin sürüşdüyünü, şişin buna görə əmələ gəldiyini dedilər".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu deyib:
"Mənim Yusifdən başqa iki övladım da var. Onların da xəstəlikləri var. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Yusifin atası oğlum doğulandan bir müddət sonra - "mənə xəstə uşaq lazım deyil", - deyib bizi tərk edib. Özünə yeni ailə qurub. Nə uşaqları ilə maraqlanır, nə də bir manat dəstək olur. Yusifin pensiyası və sizin saytın izləyicilərinin dəstəyi ilə uşaqlarımı müalicə edə bilirəm. İki gündür Bakıdan qayıtmışıq. İnanın, uşaqlara verməyə yemək tapmıram. Övladlarımı bu günə qədər bir qarnı aç, bir qarnı tox gətirmişəm. Bəzi günlər çörək belə tapmamışam almağa. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (051) 819-60-21.
"Kapital Bank": 4169 7388 4463 9884.
ŞƏRHLƏRŞƏRH YAZ