İnsanlara hürriyət, millətlərə istiqlal!

Ər qazı söndürmədi, 26 illik evlilik sona çatdı - Qeyri-adi boşanma

Türkiyənin Diyarbəkir şəhərində 26 illik evlilik qeyri-adi bir səbəblə başa çatıb.

Ekol TV-nin məlumatına görə, iki uşaq anası qadın həyat yoldaşının evdən çıxarkən qazı söndürməməsi səbəbindən məhkəməyə müraciət edib.

Dörd il davam edən proses Diyarbəkir 1-ci Ailə Məhkəməsində yekunlaşıb. Məhkəmə şahid ifadələri və uşaqların dəlilləri əsasında qadının xeyrinə qərar çıxarıb.

Qadına 75 min TL maddi, 75 min TL qeyri-maddi təzminat, həmçinin müvəqqəti aliment təyin olunub.

Məhkəmə qərarında ərinin ailəsinə qarşı məsuliyyətsiz davranışları, emosional və maddi dəstəyin olmaması, eləcə də evdəki təhlükəsizliyə etinasız yanaşmasının evliliyi bitirən əsas amillərdən biri olduğu qeyd edilib.

Hadisə Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Məhkəmə "qazı söndürməməyin" də boşanma səbəbi kimi qəbul oluna biləcəyini təsdiqləyib./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR